cümə axşamı, 29 sentyabr, 19:08

Baku Bakı 23°C

Fransada tarixin ən böyük yanğınlarından biri davam edir

icon 254 icon 10 avqust 2022 | 16:30 Fransada tarixin ən böyük yanğınlarından biri davam edir

Fransanın Jironde bölgəsində ölkə tarixində ən böyük yanğınlardan biri yaşanır.

“Report” xəbər verir ki, məlumatı “Le Parisien” yayıb.

Bildirilib ki, Fransanın cənub-qərbində yerləşən Hostens qəsəbəsi ətrafında şam meşəsində yanğın baş verib. 6 min hektar meşənin söndürülməsinə 500-dək yanğınsöndürən cəlb edilib. Hadisə ilə əlaqədar 3 800 nəfər təxliyə edilib.

Məlumata görə, iyulun 12-də başlayan və 14 min hektar meşə sahəsini əhatə edən yanğın hələ də nəzarət altına alınmayıb.