• cümə, 19 Aprel, 07:54
  • Baku Bakı 13°C

Fransada “sarı jiletlər” aksiyasında 28 mindən çox nümayişçi iştirak edib

17.11.19 11:15 1005
Fransada “sarı jiletlər” aksiyasında 28 mindən çox nümayişçi iştirak edib
Fransa Daxili İşlər Nazirliyi "sarı jiletlər”in şənbə günü keçirilən etiraz aksiyasında ölkə üzrə 28 min nümayişçinin iştirak etdiyini bildirib. "Sarı jiletlər”in hesablamalarına görə isə aksiyaya 39 min 500-dən çox nümayişçi qatılıb.
AZƏRTACParis prefekturasının məlumatına istinadla xəbər verir ki, paytaxtda nümayişə 4 700 nəfər çıxıb. Aksiya iştirak edən 150 şəxs dindirilib və onlardan 78-i müvəqqəti saxlanılıb. Gün ərzində polis 8 861 yoxlama aparıb.
Parisin İtaliya meydanında polis və nümayişçilər arasında qarşıdurma olub. Minik avtomobilləri yandırılıb, vitrinlər sındırılıb. Polis gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib.
Fransanın Bordo, Lion, Lill, Marsel, Nant və Tuluz kimi digər böyük şəhərlərində də etiraz aksiyaları keçirilib.

banner

Oxşar Xəbərlər