• çərşənbə axşamı, 23 aprel, 16:44
  • Baku Bakı 24°C

Fransada milyarder deputat helikopter qəzasında ölüb

08.03.21 09:45 550
Fransada milyarder deputat helikopter qəzasında ölüb
Fransız millət vəkili və iş adamı Olive Dasso bazar günü Normandiyada helikopter qəzasında ölüb.
APAxəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron "Twitter” səhifəsində yazıb.
"Olive Dasso bir iş adamı və millət vəkili olaraq vətəninə xidmət etdi. Ölümü böyük bir itkidir”, deyə Makron vurğulayıb.
Qeyd edək ki, 69 yaşlı siyasətçi parlamentin aşağı palatasında sağçı Respublikaçıları təmsil edirdi. Onun sərvəti 5 milyard avrodur.
Helikopterin pilotunun da öldüyü bildirilib.

banner

Oxşar Xəbərlər