Fransada liberal peşə sahibləri yeni pensiya islahatına qarşı etiraz edib

Fransada liberal peşə sahibləri yeni pensiya islahatına qarşı etiraz edib

Təfsilat
17 Sentyabr 2019, 13:00 89
Fransada liberal peşə sahibləri- vəkillər, kineziterapevtlər, pilotlar, təyyarə bələdçiləri, tibb bacıları, yeni pensiya islahatlarına qarşı nümayiş keçiriblər.
AZƏRTAC xəbər verir ki, nümayişçilər əvvəlki 42 pensiya rejiminin ümumi rejimlə əvəz olunmasına etiraz edirlər.
Liberal peşə sahibləri SOS-Pensiya adlı qrupla birləşiblər. "Biz vəkillər, təyyarə bələdçiləri və pilotlar, liberal peşə sahibləri-həkimlər, paramedsina, cərrahlar, kineziterapevtlər, birlikdə 700 min nəfərik və hər gün həmvətənlilərimizin sağlamlıqlarının qeydinə qalır, onları müdafiə edir və nəqliyyat xidmətlərini yerinə yetiririk. Biz Delevoyenin oensiya islahatlarına dair təkliflərinin əleyhinə birləşirik”,-deyə "Journal du Diıanche” qəzetinə göndərdikləri məktubda yazıblar.
Nümayişçilər əvvəlki xüsusi pensiya rejimini tələb edirlər.