• cümə axşamı, 25 aprel, 21:00
  • Baku Bakı 21°C

Fransada keçirilən Forumda Azərbaycan mədəniyyəti nümayiş olunur

11.09.21 13:45 348
Fransada keçirilən Forumda Azərbaycan mədəniyyəti nümayiş olunur
Azərbaycan assosiasiyaları Fransada Assosiasiyalar Forumunda təmsil olunurlar.
"Report”un Fransa bürosu xəbər verir ki, Fransa-Azərbaycan Dialoqu Assosiasiyası bu gün Fransanın paytaxtı Parisdə keçirilən Assosiasiyalar Forumunda iştirak edir.
Əsas məqsəd Azərbaycanı, mədəniyyətini fransalılara daha yaxından tanıtmaqdır.
Forumda Azərbaycan xalçaları və digər əl işləri, milli şirniyyatımız nümayiş olunur, irs jurnalları paylanılır və qonaqlar Azərbaycan mədəniyyəti haqqında məlumatlandırılırlar.
banner

Oxşar Xəbərlər