• şənbə, 20 Aprel, 17:47
  • Baku Bakı 23°C

Fransada Avropa irsi günü qeyd olunur

17.09.17 15:45 836
Fransada Avropa irsi günü qeyd olunur
Fransada Avropa irsi günü təntənəli surətdə qeyd olunur.
"Report"un Fransa bürosu məlumat verir ki, Avropa irsi günü münasibətilə ölkənin rəsmi binaları və milli muzeyləri öz qapılarını ictimaiyyətin üzünə açıb.
Fransalılar və bu ölkədə qonaq olan bütün turistlər hər il sentyabrın ortaları olduğu kimi bu il də Prezident ofisi, Milli Assambleya, nazirlik və digər rəsmi orqanların yerləşdikləri tarixi binaların məftunedici gözəllikləri seyr edirlər.
Avropa Şurasıtərəfindən 1991-ci ildə irəli sürülmüş bu təklif Fransa ilə yanaşı Böyük Britaniya, Finlandiya və qitənin digər ölkələrində müvəffəqiyyətlə həyata keçirilir.
Lakin tarixdə ilk dəfə Fransa mədəniyyət nazirinin təşəbbüsü ilə "Tarixi abidələrə açıq qapı" hələ 1984-cü ildən Fransada təşkil edilməyə başlayıb.
banner

Oxşar Xəbərlər