• cümə, 19 Aprel, 21:27
  • Baku Bakı 24°C

Fransa səfiri Ermənistana silah satışını inkar edir

04.07.13 09:48 1478
Fransa səfiri Ermənistana silah satışını inkar edir
“Fransa və Almaniya Ermənistan və Azərbaycana silah satışına dair ATƏT-in tətbiq etdiyi embarqoya riayət edir”
“Fransa və Almaniya Ermənistan və Azərbaycana silah satışına dair ATƏT-in tətbiq etdiyi embarqoya riayət edir”. Fransanın Azərbaycandakı səfiri Paskal Monye Ermənistan KİV-də bu ölkənin Fransa- və Almaniya istehsalı olan MİLAN tank əleyhinə raketlər alması barədə xəbərləri APA-ya belə şərh edib.
“Məndə bu satışla bağlı məlumat yoxdur. Lakin bunun gerçək olması ehtimalı azdır, çünki hərbi texnikanın ixracı bu sanksiyalarla ziddiyyət təşkil edir. Fransa bu məlumatın həqiqətə uyğun olub-olmadığını araşdırır”.
Xatırladaq ki, Ermənistanın “Razm.info” hərbi saytı MİLAN tank əleyhinə idarəolunan raket kompleksinin fotolarını dərc edib. Bu raket komplekslərinin hansı ölkədən və hansı miqdarda alındığı açıqlanmır. 1962-ci ildən Fransa və Almaniyanın birgə istehsal etdiyi bu raket komplekslərinin hədəfi vurma məsafəsi 75-2000 metrdir.
banner

Oxşar Xəbərlər