• cümə, 26 Aprel, 22:46
  • Baku Bakı 22°C

Fransa prezidenti İrana səfər edəcək

14.10.17 13:15 1715
Fransa prezidenti İrana səfər edəcək
Fransa prezidenti Emmanuel Makron və İran prezidentiHəsən Ruhaniarasında telefon danışığı olub.
APA-nın xəbərinə görə, bu barədə Yelisey sarayının yaydığı açıqlamada bildirilir.
Söhbət zamanı E.Makron iranlı həmkarını əmin edib ki, ABŞ-ın İranla münasibətlərə dair yeni strategiyası Avropa ölkələrinin nüvə razılaşmasını qorumaq niyyətinə təsir etməyəcək.
Açıqlamada həmçinin qeyd olunub ki, Fransa prezidenti nüvə razılaşmasını müzakirə etmək üçün Tehrana səfər etməyi planlaşdırır.
Qeyd edək ki, yaxın günlərdə Fransa xarici işlər naziri Jan-İv le Drian Tehrana səfər edəcək.
banner

Oxşar Xəbərlər