Fransa nəhayət ki, əsl sifətini açdı
Fransa Senatı dünən özünün həqiqi sifətini göstərərək, qondarma "Arsax”
rejimini- Dağlıq Qarabağın "dövlət müstəqilliyi"ni tanıdı. Qərar
tövsiyə xarakterlidir və Fransa hökümətinə tövsiyə olunur ki, "Dağlıq Qarabağın
dövlət müstəqilliyini tanısın!
Senatın mövcud qərarında həm də "Azərbaycan və Türkiyənin hakimyyət dairələrinin muzdlular vasitəsilə həyata keçirdiyi silahlı aqressiya qətiyyətlə pislənir".
Açıq yalan və uydurma ittihamlar üzərində qurulmuş bu sənəd həm də Azərbaycanı "son hərbi əməliyyatlar nəticəsində tutduğu əksər ərazilərdən öz qoşunları dərhal çıxarmağa" çağırır!
Əli HƏSƏNOV, Professor
Senatın mövcud qərarında həm də "Azərbaycan və Türkiyənin hakimyyət dairələrinin muzdlular vasitəsilə həyata keçirdiyi silahlı aqressiya qətiyyətlə pislənir".
Açıq yalan və uydurma ittihamlar üzərində qurulmuş bu sənəd həm də Azərbaycanı "son hərbi əməliyyatlar nəticəsində tutduğu əksər ərazilərdən öz qoşunları dərhal çıxarmağa" çağırır!
Senat Fransa hökumətindən tələb edir ki, "ATƏT-in Minsk Qrupunun
həmsədr ölkəsi olaraq Qarabağda sərhədlərin 1994-cü ilin mayında atəşkəslə
bağlı imzalanmış müddətsiz üçtərəfli anlaşmaya uyğun olaraq bərpası üçün bütün
gərəkli addımları atsın"...
Hüquqşünasların fikrinə görə, bu qətnamənin heç bir hüquqi
qüvvəsi yoxdur, lakin bu tipli yanaşmaların dünyadakı analoji münaqişələrə və
gələcək sülhyaratma proseslərinə mənfi təsiri də qaçılmazdır. Fransızlar belə bir absurd qərar qəbul etməklə, Azərbaycan dövləti ilə
özünün bütün xoşməramlı və qarşılıqlı-faydalı əməkdaşlıq sərhədlərini yandırdı,
Fransa siyasətinin və siyasətçilərinin gerçək sifətini ortaya qoydu.
Mütəxəssislər hesab edir ki, əslində Fransa Senatına nə Dağlıq Qarabağda
yaşayan ermənilər, nə də ki, Qarabağ münaqişəsində kimin qalib, yaxud məğlub
olması o qədər də maraqlı deyil. Bu kəsim
üçün əsas olan öz ölkəsinin bölgədəki hərbi-geosiyasi və geoiqtisadi maraq
dairəsidir.O da həqiqətdir ki, Fransanın
Xarici İşlər Nazirliyi ölkəsini təmsil edən senatorların tələm-tələsik belə bir kəskin və subyektiv
qərar verməsindən dərhal narahat oldu və dünən açıqladığı bəyanatda XİN rəsmisi
"Senatın Dağlıq Qarabağın müstəqilliyi”ni birtərəfli tanımasının nə
Ermənistana, nə Qarabağ xalqına, nə də Fransanın özünə hər hansı bir fayda
verməyəcəyini” xüsusi vurğuladı. Görünür, Fransanın baş diplomatiya idarəsi
ölkəsinin prezidenti Makronun bir az əvvəl erməniləri açıq dəstəkləməsinin
ardından, indi də Senat üzvlərinin erməni diasporuna yarınmaq və ən başlıcası,
Cənubi Qafqazdakı proseslərdən kənarda qalmamaq təşəbbüsünə qoşularaq belə bir
absurd qərar qəbul etməsinin hələ dünyada çox-çox ciddi nəticələrə yol
açacağının fərqindədir.
Azərbaycan Ordusunun 44
günlük Vətən müharibəsinin gedişində qazandığı rəşadətli qələbə və sıraladığı
zəfərlər, görünür ağır daş olub, hələ neçə-neçə erməni himayədarlarının başına
düşəcəkdir. Məncə, Azərbaycanın cavabı özünü çox gözlətməyəcək və yəqin ki, qardaş
Türkiyənin nümunəsi ilə Fransa ilə bütün əlaqələri yenidən gözdən keçirmək lazım
gələcəkdir!Bir də BMT TŞ-nin və ATƏT-in Minsk qrupunun üzvü olan və beynəlxalq sülhyaratma prosesində
"tərəfsiz vasitəçi” missiyasını öz üzərinə götürmüş Fransa adlı ölkənin Makron
kimi prezidentinin müharibənin gedişində açıq-aşkar işğalçı
Ermənistanı dəstəkləməsi, ardından da bu ölkənin Senatının belə bir ədalətsiz
və absurd qərar qəbul etməsi yəqin ki, dünyada gələcəkdə neçə-neçə Dağlıq
Qarabağ tipli separatçı hərəkatlara və milli-etnik müharibələrə rəvac verəcək.
Belə qərəzli qərarlar heç zaman izsiz ötüşmür və dünyada mövcud olan kövrək
sülhü və dövlətlərarası nizamı pozur, xalqlar arasında nifaq salır.
Əli HƏSƏNOV, Professor