• şənbə, 20 Aprel, 01:57
  • Baku Bakı 15°C

Formula 1 Kanada Qran-Prisi qeyri-müəyyən vaxta təxirə salınıb

08.04.20 11:00 553
Formula 1 Kanada Qran-Prisi qeyri-müəyyən vaxta təxirə salınıb
Formula 1 Kanada Qran-Prisi koronavirus pandemiyasına görə qeyri-müəyyən vaxta təxirə salınıb.
AZƏRTACxəbər verir ki, iyunun 14-də keçirilməsi nəzərdə tutulan yürüşün təşkilatçıları hazırlıq işlərinin görülməsi üçün yetərincə zamanın olmadığını diqqətə çatdırıblar.
Yeni mövsümə iyunun 26-da Fransa Qran-Prisi ilə start veriləcəyi gözlənilir.
Qeyd edək ki, koronavirus pandemiyasına görə Formula 1 üzrə dünya çempionatının Avstraliya və Monako Qran-priləri ləğv olunub. Vyetnam, Bəhreyn, Çin, Niderland, İspaniya və Azərbaycan mərhələləri isə təxirə salınıb.
banner

Oxşar Xəbərlər