• cümə, 19 Aprel, 11:12
  • Baku Bakı 13°C

Formula 1: Azneft dairəsində yolun hərəkət hissəsi daraldılacaq

12.04.19 18:24 729
Formula 1: Azneft dairəsində yolun hərəkət hissəsi daraldılacaq
Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq işləri çərçivəsində aprelin 13-də saat 22:00-dan etibarən Azneft dairəsində yolun hərəkət hissəsi daraldılacaq. Proses zamanı bu hissədə nəqliyyatın əvvəlki istiqamətlər üzrə hərəkəti tam təmin olunacaq.
Azərbaycanda Formula 1 yarışlarının təşkilatçısı "Bakı Şəhər Halqası” Əməliyyat ŞirkətindənAZƏRTAC-a bildiriblər ki, yürüşə son hazırlıq işlərinin görülməsi ilə əlaqədar aprelin 21-dən 22-nə keçən gecə trekin keçdiyi bütün yollar, o cümlədən Azneft dairəsi nəqliyyatın hərəkəti üçün tam bağlı olacaq. Həmin küçələrdə nəqliyyatın hərəkəti aprelin 30-da saat 06:00-dək tamamilə dayandırılacaq.
banner

Oxşar Xəbərlər