AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Foqts Polşa yığmasının baş məşqçisi ola bilər

Foqts Polşa yığmasının baş məşqçisi ola bilər

İdman
11 İyun 2013, 12:54 1100
Polşa millisinin baş məşqçisi Valdemar Fornalik istefaya göndərilir. Apasport.az saytının məlumatına görə, onu əvəzləyə biləcək 10 namizəd arasında Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun da adı var.

Belə ki, 67 yaşlı almaniyalı çalışdırıcı Dik Advokat, Marko van Basten, Kristof Daum, Frank Raykaard kimi tanınmış mütəxəssislərlə bir sırada yer alıb.

Foqts ötən yay da bu posta namizəd olsa da, sonda seçim yerli məşqçinin lehinə edildi. Milli isə aylıq məvacibi 150 min avro olan Fornalikin rəhbərliyi altında cari seçmə mərhələdə uğursuz çıxış edərək, son turda Moldova ilə 1:1 hesablı bərabərliyə qalıb.

Bundan sonra narazılıq daha çox baş qaldırıb və polşalılar baş məşqçinin əcnəbi olmağını istəyirlər.

Qeyd edək ki, Polşa yığması 6 oyundan sonra 9 xalla qrupda 4-cü yerdə gedir.