• cümə, 19 Aprel, 09:48
  • Baku Bakı 13°C

Foqts lider ola bilər

12.12.13 10:54 1199
Foqts lider ola bilər
Azərbaycan millisinin baş məşqçisi Berti Foqts daha bir rekorda imza ata bilər. Apasport.az saytının məlumatına görə, 2008-ci ildən yığmamızı çalışdıran almaniyalı mütəxəssis keçmiş SSRİ məkanında millinin baş məşqçisi postunda ən uzun müddət duruş gətirən çalışdırıcı adına yiyələnə bilər.
Bunun üçün Foqts yeni imzalayacağı 2 illik müqavilənin sonuna qədər postunda qalmalıdır. Məsələ ondadır ki, postsovet məkanının 15 ölkəsinin milli komandalarında fasiləsiz baş məşqçi qalanları nəzərdən keçirdikdə, almaniyalı artıq 3-cü yerə şərikdir.
İnternet mənbələrindəki göstəricilərə inansaq, 67 yaşlı mütəxəssis yalnız Zoir Babayev və Aleksandr Starkovdan geri qalır. 1997-2004-cü illərdə Tacikistan yığmasına başçılıq edən asiyalı hələlik Foqtsu 2 il qabaqlayır. Azərbaycanda “Bakı”nı da çalışdıran Starkov isə 2007-13-cu illərdə Latviya millisinə başçılıq edib.
Litva, Moldova və Estoniya yığmalarının rekordçuları isə Foqtsun indiki nəticəsinə şərikdirlər. Artıq yeni ildən sonra almaniyalı onları da arxada qoyacaq və Starkova çatacaq. Millimizdə bir çox rekordlar vuran çalışdırıcının Babayevə çatması isə 2015-ci ildə rəsmiləşəcək.
Postsovet məkanının milli komandalarının fasiləsiz baş məşqçilik üzrə rekordları
Azərbaycan: Berti Foqts (2008-...)
Belarus: Bernd Ştanqe (2007-11)
Ermənistan: Vardan Minasyan (2009-13)
Estoniya: Tarmo Ruutli (2008-13)
Gürcüstan: Temuri Ketsbaya (2009-...)
Latviya: Aleksandr Starkov (2007-13)
Litva: Alqimanratas Lyubinskas (2003-08)
Moldova: İon Karas (1992-97)
Özbəkistan: Məşqçilər cütlüyü (1992-94), Ravşan Haydarov (2002-04), Mircəlal Kasımov (2008-10), Vadim Abramov (2010-12)
Qazaxıstan: Serik Berdalin (1995-97), Arno Paypers (2006-08), Bernd Ştork (2008-10), Miroslav Beranek (2011-...)
Qırğızıstan: Meklis Koçaliyev (1992-96), Yevgeni Novikov (1997-2001)
Rusiya: Oleq Romanttsev (1998-2002), Qiis Hiddink (2008-2012)
Tacikistan: Zoir Babayev (1997-2004)
Türkmənistan: Bayram Durdıyev (1992-96)
Ukrayna: Oleq Bloxin (2003-07)
banner

Oxşar Xəbərlər