AZE | RUS | ENG |

Florida sakini 15 aylıq həbs cəzasına məhkum edilib

Florida sakini 15 aylıq həbs cəzasına məhkum edilib
Senator Berni Sandersi ölümlə hədələdiyinə görə

ABŞ senatoru Berni Sandersə hədə xarakterli səsli məlumatlar göndərən Florida sakini bir il üç ay müddətinə həbs cəzasına məhkum edilib.
AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, məhkəmə sənədlərində Orlando federal hakimi tərəfindən 58 yaşlı Robert Frensis Praterşə cümə günü hökm oxunduğu bildirilir. Cari ilin aprel ayında o, federal vəzifəli şəxsi hədələmə maddəsi ilə təqsirli hesab edilmişdi.
Federal prokurorlar bildiriblər ki, Praterş ötən il Sandersin səsli poçtuna söyüşlə dolu və antisemit xarakterli üç məlumat göndərib. Hakimiyyət orqanları bəyan edirlər ki, Praterş Sandersi "İŞİD-ə məxsus olan tərzdə” başsız qoyacağı və edamın videoçəkilişini aparacağı ilə hədələyib.
Praterş saxlanılıb və bu ilin fevralında ona qarşı ittiham elan edilib.
Xatırladaq ki, senator Sanders 2020-ci il ABŞ Prezidenti seçkilərinə Demokratiya Partiyasından olan aparıcı namizədlərdən biridir.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8825
GEL 1 1 Gürcüstan larisi 0.5737
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1197
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1768
CHF 1 1 İsveçrə frankı 1.72
KWD 1 1 Küveyt dinarı 5.5941
TRY 1 1 Türkiyə lirəsi 0.2964