• cümə, 29 Mart, 13:20
  • Baku Bakı 14°C

"Fitch": Azərbaycanın cari əməliyyatlar hesabı gələn il yenidən profisitə qayıdacaq

20.07.20 15:00 636
"Fitch": Azərbaycanın cari əməliyyatlar hesabı gələn il yenidən profisitə qayıdacaq
"Fitch" beynəlxalq reytinq agentliyi bu il Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının kəsirinin ÜDM-ə nisbətinin 4%-ə çatacağını proqnozlaşdırır.
"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, ölkənin cari əməliyyatlar hesabı 2021-ci və 2022-ci illərdə yenidən profisitə qayıdacaq və müvafiq olaraq ÜDM-in 4,4%-ni və 6,1%-ni təşkil edəcək.
Qeyd edək ki, bu ilin I rübünün nəticələrinə görə, Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 1,0987 mlrd. manat təşkil edib. Bu, ÜDM-in 6%-ni təşkil edir. 2019-cu yekunlarına görə, bu göstərici ÜDM-in 9,1%-nə bərabər olub.
banner

Oxşar Xəbərlər