• çərşənbə axşamı, 19 mart, 07:44
  • Baku Bakı 8°C

Fırıldaqçılığı müdafiə edәn siyasilər

22.11.19 17:25 908
Fırıldaqçılığı müdafiə edәn siyasilər
Mühacir biznesi üzərində qazanılmış çirkli pullar radikallarla Azərbaycan cəmiyyəti arasında keçilməsi mümkün olmayan sədd çəkib

Müsavat Partiyası rəhbərliyinin, eləcə də bu təşkilatın Avropa uzantısının "mühacir biznesi” ətrafında müzakirələr getdikcə daha geniş miqyas almaqdadır. Başqan Arif Hacılı mətbuat konfransı keçirib partiyasına və ünvanına səslənən ittihamların doğru olmadığını bildirsə də, Avropada mühacir həyatı yaşayan jurnalistlərin sosial şəbəkə üzərindən təqdim etdiyi faktlar qarşısında aciz qalıb. Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da jurnalistlərin bu mövzuya dair suallarını cavablandırarkən qeyd edib ki, Avropadan geri qayıdanların hər birinin fəaliyyəti müvafiq orqanlar tərəfindən araşdırılır. Onun sözlərinə görə, araşdırma nəticəsində mühacir ticarətini quran işbazlar, o cümlədən bu işdə əlini qızdıran bəzi siyasi partiyalar və siyasətçilər üzə çıxacaq: "Bəlli olacaq ki, bu insanlara kimlər və hansı adla, niyə yardım göstərib və bunun müqabilində hansı vəsaiti qazanıblar, əldə etdikləri qazanc qanunidir, yoxsa qeyri-qanuni, vergiyə cəlb olunub, yoxsa olunmayıb. Və yaxud da qanunlara əməl ediblər, yoxsa pozublar. Düşünürük ki, bütün bu məsələlər aydınlaşacaq”.

Belə bir fonda Avropada yaşayan jurnalist Yafəz Həsənov "Facebook”dakı profilində ictimai qınaq üçün daha bir siyahı yayaraq, Müsavat rəhbərliyinin "mühacir biznesi”ndə əlinin olmasına dair yeni iddialar ortaya qoyub. Qeyd edib ki, bütün bu biabırçılıqdan sonra Arif Hacılını vә onun çirkli әmәllәrini hәlә dә can-başla müdafiә edәn müsavatçılar tapılır. Jurnalistin iddiasına görə, yaydığı siyahıda adı keçən şәxslәrin böyük әksәriyyәti mühacir alverindәn qidalananlardır: "Arayışlardan onlara da qırıntı payı çatır. Çox kiçik qismi ola bilәr ki, hәlә dә sadәlöhv qalıb deyә, müdafiә edir. Fıtılqçıları vә fırıldqçılığı müdfiә edәnlәri siz dә tanıyırsız. Bәzәn effektiv olan ictimai qınaq üçün onların adlarını bir daha xatırladıram. Ümid edirәm ki siyahıda olan şәxslәrim bәzilәri bu qınaqdan çәkinmәk üçün hәlә dә vicdanlıdırlar”.


Jurnalist Y.Həsənovun yaydığı siyahıda Müsavat Partiyası İcra aparatının rəhbəri Gülağa Aslanlının, başqan müavini Səxavət Soltanlının, Arif Hacılının qardaşı Mustafa Hacıbәylinin adları ilk üçlükdə qeyd olunub. Bildirilib ki, G.Aslanlı və S.Soltanlı Müsavat başqanının "sağ əli”dirlər. "Arayış” almaq istәyәn potensial "siyası mühacir"lәr isə ilk olaraq M.Hacıbәylinin әlinin altından keçir və onun rәhbәrlik etdiyi Basta.info saytı qardaşının "siyasi mühacir"lәri haqda mәqalәlәlәr dәrc edir. Başqanın digər müavini Fәrәc Kәrimlinin tәmsil olunduğu Müsavat Laçın rayon tәşkilatı Avropaya әn çox mühacir ixrac edәn tәşkilatdır. Jurnalist yazıb ki, F.Kərimli A.Hacılının trol ordusunu idarә edir. Onun atası Raqif Kәrimli uzun müddәt Laçın rayon təşkilatının sәdri olub. Jurnalistin qənaətincə, müsavatçı vəkillər Nemət Kərimli və Osman Kazımov, məclis sədri Nüşabә Sadıqlı, müşavir Azər İsmayıl da fırıldaqçıları müdafiә etdiyi üçün ictimai qınağa tuş gәlmәlidirlər. Arayışlarla bağlı şәffaflıq tәlәb edәnlәri hәdәlәdiyinə, partiyadan uzaqlaşdırdığına görə G.Aslanlının sağ әli sayılan, partiyanın MNTK sәdri olan Sevinc Hüseynovanın adı da bu siyahıda yer alıb. Eyni zamanda bildirilib ki, adı Avropada mühacir alverindә sıx hallanan Nazim Azadoğlunun oğlu Nurlan Müsavat AKM-dә sәdr müavinidr. A.Hacılının digər müşaviri Yusif Tağının isə Müsavatın Avropa üzrә departamentinim rәhbәri olduğu qeyd olunur. İddia edilir ki, Y.Tağı hər şeydən məlumatlı olsa da, arayışlardan әldә olunan qazancdan әn az pay ona çatır.

Y.Həsənovun yaydığı siyahıda divan üzvü Hidayət İsmayıl, Oğuz rayon tәşkilatınınkeçmiş sәdri Vaqif Davudov, Kәmalә Bәhlulova, Müsavat Partiyası Sәbail tәşkilatının sәdri Zakir İsmayılın da adları çəkilir. Qeyd olunur ki, bu şәxslәr digәr partiya funksionerlәri kimi abırlarına qısılıb baş verәn çirkinliklәrә әn azı susqun da qala bilәrdilәr. Ancaq sәrt müdafiә mövqeyi seçiblәr.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlama verən siyasi şərhçi Aydın Quliyev bildirib ki, Almaniyada mühacir biznesi ilə məşğul olan dəstənin ifşası insan hüquqlarından və demokratiyadan yorulmadan danışan, başqalarını ittiham edənlərin qeyri-səmimi olduğunu növbəti dəfə ortaya qoyub. Ekspertin fikrincə, onlar öz şəxsi maraqlarının ödənməsi naminə hətta Azərbaycan dövlətinin və xalqımızın imicini zərbədə qoyacaq qədər qeyri-vətənpərvər, mənfəətpərəst və saxtakar adamlardırlar. A.Quliyev deyib ki, bu insanların yaratdığı cinayət şəbəkəsinin uzantılarının Azərbaycanda bir neçə siyasi təşkilatın qərargahına qədər uzanıb gəldiyi şübhəsizdir: "Avropada cinayət xarakterli bizneslə qazanılan pulların bir hissəsinin Azərbaycana göndərildiyinə şübhə edilmir. Bu mənada Almaniyada mühacir biznesi qurmuş şəxslərin fəaliyyətinə görə Müsavat, Nida, AXCP kimi siyasi təşkilatlar da məsuliyyət daşıyır. Bu partiyaların rəhbərliyi məlum cinayətdə hər hansı formada iştirak etmədiklərini sübut etməlidirlər. Ancaq məlumatlar deməyə əsas verir ki, mühacir alverinin mühüm elementlərindən biri olan saxta təqibolunma arayışları Bakıda məhz bu partiyaların rəhbər və funksionerləri tərəfindən təsdiqlənib”.

Siyasi şərhçi vurğulayıb ki, qanunsuz mühacir biznesi radikalların ölkədə onsuz da son tellər üstündə dayanmış sosial dayaqlarını tamamilə məhv edib: "Təəssüf ki, bu insanlar Dağlıq Qarabağ problemi kimi məsələnin üstündə erməni lobbisinə qarşı mübarizə aparmaq əvəzinə belə yol tutublar. Mühacir biznesi üzərində qazanılmış çirkli pullar radikallarla Azərbaycan cəmiyyəti arasında keçilməsi bir daha mümkün olmayan sədd çəkib”.
Rufik İSMAYILOV


banner

Oxşar Xəbərlər