• şənbə, 27 Aprel, 02:06
  • Baku Bakı 14°C

Firdovsi Əliyev: “Cəbrayılda dostluq meşəsi salınacaq”

16.10.21 17:00 420
Firdovsi Əliyev: “Cəbrayılda dostluq meşəsi salınacaq”
"Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin bizə böyük dəstəyi var. Cəbrayılda dostluq meşəsinin və tinglik təsərrüfatının salınması nəzərdə tutulur".
APA-nın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.
Onun sözlərinə görə, eyni zamanda, regionda analoqu olmayan böyük təlim-tərbiyə müəssisəsinin yaradılması nəzərdə tutulub: "Burada meşə mütəxəssisləri hazırlanacaq, eyni zamanda, ixtisas artımı və digər kompleks tədbirlər həyata keçiriləcək. Ümumilikdə Cəbrayılda və digər yerlərdə işlərə başlamışıq”.
Nazir müavini deyib ki, yaz-əkin mövsümünə Zəngilandan başlanılıb. Onun sözlərinə görə, payız əkin mövsümündə də ağacların əkilməsi nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər