• cümə, 29 Mart, 15:18
  • Baku Bakı 14°C

“Fiorentina”nın “Qarabağ”la oyun üçün heyəti açıqlandı

28.09.16 20:23 1274
“Fiorentina”nın “Qarabağ”la oyun üçün heyəti açıqlandı
"Fiorentina”nın Avropa Liqasının qrup mərhələsində "Qarabağ”la keçirəcəyi oyun üçün heyəti müəyyənləşib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, bu turnir üçün sifariş olunan 23 oyunçudan 3-ü siyahıdan çıxarılıb.

Qapıçı Cakomo Satalino və müdafiəçilər Qonzalo Rodrigeslə Davide Astorinin "Qarabağ”la qarşılaşmanı buraxacağı dəqiqdi. Xüsusən də, zədədən əziyyət çəkən son iki oyunçunun yoxluğu baş məşqçi Paulo Souzanınarahat edir.

Souza oyun günü daha 2 oyunçunu siyahıdan çıxaracaq və yekun "18-liy”i müəyyənləşdirəcək.

"Fiorentina”nın "20-liy”i belədi:
Qapıçılar:Bartlomyej Draqovski, Luka Letserini, Çiprian Tataruşanu
Müdafiəçilər:Sebastyan de Mayo, Xrvoye Miliç, Maksimiliano Olivera, Karlos Salsedo, Nenad Tomoviç
Yarımmüdafiəçilər:Milan Badelj, Federiko Bernardeski, Federiko Çiesa, Sebastyan Kristoforo, Yosip İliçiç, Karlos Sançes, Kristian Telyo, Borxa Valero, Matias Vesino
Hücumçular:Nikola Kaliniç, Kuma Babakar, Mauro Zarate

Qeyd edək ki, "Fiorentina” – "Qarabağ” görüşü sabah "Artemio Franki” stadionunda keçiriləcək.
banner

Oxşar Xəbərlər