Finlandiyada ən gənc baş nazir seçilib

Finlandiyada ən gənc baş nazir seçilib

Siyasət
09 Dekabr 2019, 09:30 284
Beş partiyalı koalisiya hökumətinə rəhbərlik edən Fin Sosial Demokratlar 34 yaşlı nəqliyyat naziri Sanna Marinini ölkənin Baş naziri seçiblər.
Trend-in məlumatına görə, Sanna Marini gələn həftə vəzifələrini yerinə yetirməyə başlayacaq.
Sanna Marini Baş nazir seçilərkən şərhində deyib: "Bizim, koalisiyanı bir araya gətirən ortaq bir hökumət proqramımız var".

Cəmi altı ay əvvəl vəzifəyə başlayan koalisiya, A. Rinne (sabiq baş nazir) istefa etdiyini elan etdikdən sonra proqramını davam etdirməyə razı olub.