Finaldan öncə “Real”dan məktub alıb, cırıb
PSJ-nin
futbolçusu Anxel di Mariya 2014-cü ildə keçirilən dünya çempionatının final
oyunundan əvvəl yaşanan hadisə barədə danışıb.
Kaspi.az
xəbər verir ki, Argentina yığmasının şərəfini qoruyan Di Mariya həmin vaxt
çıxış etdiyi "Real”dan final oyunundan əvvəl məktub alıb. Amma o, məktubu
cırıb:
"Həqiqəti
yalnız 3 nəfər bilir. Həkim Daniel Martines, həmin vaxt Argentina yığmasını
çalışdıran Alexandro Sabelya və mən.
Belçika
ilə oyundan sonra məndə dartılma müəyyən etdilər. Ayağım qaydasında deyildi,
amma oynamaq istəyirdim.
Buna görə
karyeram bitə bilərdi. Amma məni bu təhlükə narahat etmirdi. Bilirdim ki,
"Real” məni satmaq istəyir. Sabelya mənə klubdan gələn məktubu göstərdi. Amma o
məktubu oxumadan cırdım.
Ondan
sonra ağlaya-ağlaya baş məşqçiyə yaxınlaşdım və oynamağa 100 faiz hazır
olmadığımı bildridim. Bilirdim ki, o, məni meydana buraxmaq istəyir. Amma mən də
komanda üçün ən yaxşı variant haqda düşünürdüm. Razılaşdım ki, mənim yerimə
Entso Peres oynasın”.
Argentina
DÇ-2014-ün finalında Almaniyaya məğlub olub – 0:1. DÇ-dən sonra isə Di Mariya
"Mançester Yunayted”ə keçib.