AZE | RUS | ENG |

Filipp Keyla: Əsas məsələ qlobal problemlərin həllini debatlar yolu ilə tapmaqdır

Filipp Keyla: Əsas məsələ qlobal problemlərin həllini debatlar yolu ilə tapmaqdır
Forumun işi yüksək səviyyədə təşkil edilib. Təcrübə mübadiləsi, diskussiyalar keçirilməsi, bir sıra mühüm məsələlərin müzakirəsi üçün əlverişli şərait yaradılmasına görə tədbirin təşkilatçılarına təşəkkürümü bildirmək istərdim. BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu elə bir məkandır ki, orada müxtəlif xalqların və konfessiyaların nümayəndələri debatlar yolu ilə bu və ya digər problemlərin həllini tapırlar. Onu da qeyd etmək istərdim ki, Azərbaycanın tərəqqisi bizi - Şərqin bu qədim diyarının qonaqlarını sevindirməyə bilməz. Mən Azərbaycan paytaxtının gözəlliyinə və bakılıların qonaqpərvərliyinə heyranam.

Bakı Konqres mərkəzində keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun iştirakçısı, “Euronews” telekanalı müdiriyyətinin prezidenti Filipp Keyla bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyib. O vurğulayıb ki, forumda tolerantlıq, dözümlülük, bütün dünyada multikulturalizmin inkişafı kimi mühüm mövzulara toxunulur.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8748
GEL 1 1 Gürcüstan larisi 0.5727
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1477
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.173
CHF 1 1 İsveçrə frankı 1.7055
KWD 1 1 Küveyt dinarı 5.5956
TRY 1 1 Türkiyə lirəsi 0.2873