• cümə axşamı, 28 mart, 13:09
  • Baku Bakı 16°C

Filip Rot dünyasını dəyişdi

28.05.18 17:30 1793
Filip Rot dünyasını dəyişdi
Təkcə Amerika ədəbiyyatının deyil, XX əsr bütün dünya ədəbiyyatının "salnaməçisi” kimi nüfuz qazanmış yazıçı Filip Rot dünyasını dəyişdi. 60 ildən uzun bir müddət ərzində xarakteri, düşüncələri, duruşu ilə Amerikanın siyasi-mədəni gündəmində çevrilişlərin mərkəzində dayanmış 85 yaşlı yazarın ölüm xəbərini mətbuata şəxsi ədəbi agenti Andreu Uayli təsdiqləyib. XX əsrin ikinci yarısında qələmə aldığı mövzular, apardığı araşdırmalarla ölkə ədəbiyyatının sərhədlərini müəyyənləşdirən, yeni üslub və janrları cəsarətlə sınaqdan keçirən və sözün əsl mənasında 30 ildən çox Amerika ədəbiyyatına hökmranlıq etmiş yazar mayın 23-də dostlarının əhatəsində gözlərini həyata yumub. Yazarın bioqraferi Bleyk Beyli şəxsi tvitter səhifəsində duyğularını bölüşüb: "Bir ömür boyu ömürlük vəfa dostları toplamaq az adama nəsib olur. Ömürlük dostların yanında ömrü tamamladın. Doğma insan, yaşayan ən böyük yazar. Amerika ədəbiyyatının əfsanəsi…”.
1959-cu ildə işıq üzü görmüş "Əlvida, Kolumbiya” ("Goodbye, Columbus”) hekayə toplusu ilə ağılalmaz bir uğura qovuşmuş və elə işıqlı bir yola bu kitabla başlamış Filip Rot orta sinif yəhudi-amerikan ailəsinin bütün dünyaya səs salan övladı olub. O, bəlkə də dünyanın "ən sürətlə məşhurlaşmış” yazarıdır. Bu beynəlxalq nüfuzu isə Rota 1969-cu ildə nəşr olunmuş "Portnoyun şikayəti” ("Portnoy’s complaint”) romanı qazandırdı. XX əsrin 100 ən yaxşı romanından birinin müəllifi kimi Filip Rot beynəlxalq təqdimat hüququ qazandı.
1990-cı ildə Blumla olan evlilik yazarın nüfuzunu, səhhətini xeyli zədələdi. İctimai açıqlamaları bir-birinə həmişə zidd olan cütlük bu mübahisəli münasibəti davam etdirə bilmədilər. 1994-cü ildə Filip Rot Blumla yollarını ayırıb, Konnektikatda yerləşən ferma tipli bağ evinə köçdü. 1998-ci ilə kimi burada həm müalicə aldı, həm də yarım əsrin yorğunluğunu çıxardı. 2000-ci ildən isə yenidən yola qaldığı yerdən davam etdi.
Filip Rot ABŞ Prezidentinin "Bəşəri fəaliyyətə görə” medalı, "National Book Award”, "Pulitzer” kimi bir-birindən dəyərli 40-dan çox mükafatın qalibidir. Rot dünya ədəbiyyatında "Şərəf” ("Breast”), "Arzu bilicisi” ("The professor of desire”), "Çukermanın xilası” ("Zuckerman unbound”), "Anatomiya dərsi” ("The anatomy lesson”), "Amerikan pastoralı” ("American pastoral”), "Mənim ərim kommunistdir” ("Married a communist”), "Sadə insan” ("Everyman”), "Böyük Amerikan nəsri” ("The great American novel”), "Rəzillik” ("The humbling”) kimi 50-dən çox sevilən əsərin müəllifi olaraq, əvəzolunmaz yer tutur.
banner

Oxşar Xəbərlər