• cümə axşamı, 25 aprel, 19:29
  • Baku Bakı 21°C

Filip Levin dünyasını dəyişib

23.02.15 04:20 1578
Filip Levin dünyasını dəyişib
1928-ci ildə Detroytda anadan olmuş, “Pulitzer” mükafatlı amerikalı şair Filip Levin dünyasını dəyişib. “Guardian”ın yaydığı xəbərə görə, şəxsi təcrübələrini paylaşdığı şeirləri ilə yanaşı, zaman-zaman siyasi baxışları ilə də gündəmə gələn 87 yaşlı şair Kaliforniya ştatının Fresno şəhərində ailəsi ilə birgə yaşadığı evdə vəfat edib. 2011-2012-ci illərdə ard-arda ABŞ-ın ən yaxşı şairi mükafatına layiq görülərək, ilkə imza atmış Levinin uzun müddətdir ki, mədə və qaraciyər xərçəngindən əziyyət çəkdiyi bildirilib. Şairin ölümü ilə bağlı xəbəri mətbuata onun xanımı təsdiqləyib. Levinin yaxın dostlarından Quqqenheym fondunun prezidenti, şair Eudard Hirsk Levinin vəfatı ilə bağlı verdiyi açıqlamada: “ABŞ-da poeziyanın bu qədər zəiflədiyi, son onillikdə bizi məst edə bilən nümunələrin və şairlərin sayca çox-çox az olduğu bir dövrdə Levini itirmək bizim üçün həqiqətən ağır oldu. O, uzun müddətdir ki, amerikan şeirinin səsi idi” – deyə bildirib. 1979-cu ildə nəşr olunan “Küllər” (“Ashes”) şeir toplusu ilə “National Book Awards” mükafatının sahibi olan ilk şairlərdən olan Levin 1995-ci ildə işıq üzü görmüş “Sadə həqiqət” (“The simple truth”) şeir toplusu ilə də “Pulitzer” mükafatına layiq görülüb. “Ruth Lilly Poetry prize”, “National Book Critics Circle Award” kimi nüfuzlu mükafatların da qalibi olmuş Filip Levin amerikalı şair Con Berrimanın kəşfi olub.
banner

Oxşar Xəbərlər