• cümə axşamı, 28 mart, 21:58
  • Baku Bakı 13°C

FİFA transfer sistemini dəyişir

28.02.20 13:22 1027
FİFA transfer sistemini dəyişir
Sürixdə FİFA-nın futbol komitəsinin iclası keçirilib.
Kaspi.az xəbər verir ki, iclasda transfer sisteminə dəyişiklik edilib. Yeni qaydalara görə, 2020-ci ilin yayından 22 yaşdan yuxarı futbolçuların icarə sistemində dəyişiklik olacaq.
2020/2021 mövsümündə komandalara maksimum 8 futbolçunu icarəyə götürməyə icazə veriləcəksə, növbəti mövsüm bu rəqəm 6-ya endiriləcək.
İki klub bir-biri ilə maksimum 3 futbolçunun icarəsini reallaşdıra bilər. Ölkələr daxilində bu dəyişikliyin 3 il ərzində reallaşdırılması nəzərdə tutulur.
Bundan əlavə FİFA təklif edir ki, daxili oyunlar ölkə xaricində keçirilməsin.
banner

Oxşar Xəbərlər