• cümə, 19 Aprel, 13:05
  • Baku Bakı 25°C

FIFA stadionlarda irqçilik təzahürlərinə görə cəzanı sərtləşdirib

31.05.13 18:02 1511
FIFA stadionlarda irqçilik təzahürlərinə görə cəzanı sərtləşdirib
Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə qərar FIFA-nın Mavrikidə keçirilən konqresində qəbul edilib.
Yeni qaydalara əsasən, irqçilik təzahürlərinə görə klubların xalları silinəcək. Klub və ya azarkeşlər tərəfindən bu mənfi hal təkrarlanarsa, komanda qitə birincilikləri daxil olmaqla turnirlərdən kənarlaşdırıla bilər.
Oyunçular və futbol başbilənləri isə ən azı beş matç diskvalifikasiya ediləcəklər. Onlara bu müddət ərzində futbol stadionlarında olmaq qadağan ediləcək.
banner

Oxşar Xəbərlər