FİFA prezidenti “siçovul qaçışı”ndan danışdı
FİFA prezidenti Canni İnfantino transfer bazarında baş verən
əməliyyatlara münasibət bildirib.
Kaspi.az xəbər verir ki, İnfantino transfer bazarında qiymətlərin
sürətlə artmasını "siçovul qaçışı” adlandırıb. O, buna qarşı birgə mübarizə
aparmağın vacib olduğunu vurğulayıb:
"Biz transferlərlə bağlı problemi birgə həll etməliyik. Agentlər və
transfer pəncərəsi üçün qaydalar qəbul etməliyik. Məni transfer bazarında
yaşanan infilyasiya narahat edir.
Bütün bunlar mənə "siçovul qaçışı”nı xatırladır. Baş verənlər
klublara zərə vurur. Çalışmalıyıq ki, transferlər çempionatların gedişinə xələl
gətirməsin. Pəncərə çempionat başlayana qədər bağlanmalıdır”.