• cümə, 19 Aprel, 12:55
  • Baku Bakı 25°C

FİFA-nın koronavirusla bağlı tövsiyələri

08.04.20 10:51 637
FİFA-nın koronavirusla bağlı tövsiyələri
FİFA koronavirusun yaratdığı durumla bağlı tövsiyələrini açıqlayıb.
Kaspi.az xəbər verir ki, təşkilat klublara tövsiyə edib ki, yayda müqaviləsi bitən futbolçularla anlaşmanı uzatsınlar. Məvaciblərin azaldılması məsələsinə münasibət bildirən FİFA, klubları müstəqil qərar verməyə çağırıb.
Amma bildirib ki, mübahisəli məqamlarda müstəqil məhkəmə rolunda çıxış edə bilər. FİFA yay transfer pəncərəsinin də müddətini dəyişəcək. Bu tarix, koronavirus epidemiyasından sonra çempionatların davam etdirilməsi və yekunlaşmasından asılı olacaq.
Bir müddət əvvəl UEFA prezidenti bildirmişdi ki, avrokuboklar ya avqusutun 3-nə qədər keçirilməli, ya da ləğv olunmalıdır.
banner

Oxşar Xəbərlər