• cümə axşamı, 28 mart, 23:06
  • Baku Bakı 13°C

FİFA Levandovskini ilin futbolçusu seçib

18.12.20 09:30 529
FİFA Levandovskini ilin futbolçusu seçib
FİFA 2020-ci ilin ən yaxşı futbolçusu kimi Robert Levandovskini seçib.
Trend-in məlumatına görə, mükafatın sahibi qurumun İsveçrənin Sürix şəhərindəki mənzil qərargahında koronavirus pandemiyası səbəbindən onlayn təşkil olunan tədbirdə elan olunub.
Robert Levandovski (Polşa, "Bavariya”) milli komandaların baş məşqçiləri, kapitanları, jurnalistlər, həmçinin azarkeşlər arasında keçirilən səsvermənin qalibi olub.
2019/20 mövsümündə Levandovski Bavariya ilə Almaniya çempionatı, Kuboku və Super Kuboku və Çempionlar Liqasının qalibi olub. Forvard karyerasında nəticə üzrə ən yaxşı mövsümünü göstərərək 55 qol vurub və 10 faydalı ötürmə edib.
ƏTRAFLI
BOSCH Azerbaijan
Futbolçu 2014-cü ildən "Bavariya"nı təmsil edir. 2020-ci ildə Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) tərəfindən də ən yaxşı oyunçu seçilib.
Xatırladaq ki, FIFA-nın ilin ən yaxşı oyunçusu mükafatı 2016-cı ildə təsis edilib.
Qeyd edək ki, ötən il ən yaxşı adına Lionel Messi layiq görülüb. Daha əvvəl bu mükafatı Ronaldo və Luka Modriç qazanıblar.
banner

Oxşar Xəbərlər