AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

FİFA da klubumuzun saxtakar olduğunu təsdiqlədi

FİFA da klubumuzun saxtakar olduğunu təsdiqlədi

İdman
24 Aprel 2013, 17:35 1271
Azərbaycan Həvəskarlar Futbol Federasiyasının (HFF) prezidenti Kamil Rəhimov “Qaraçala”nın heyətində UEFA Regionlar kubokuna yollanan “Qaradağ Lökbatan” futbolçularının həvəskar status daşıdığını iddia edir. Apasport.az saytının araşdırmalarına görə, FİFA-nın rəsmi sənədləri ilə HFF rəhbərinin dedikləri üst-üstə düşmür.

Belə ki, FİFA-nın futbolçuların statusu ilə bağlı Əsasnaməsinə görə “Qaradağ Lökbatan”ın üzvləri peşəkar sayılırlar. Çünki onlar Peşəkar Futbol Liqasının bayrağı altında çıxış edən klubun şərəfini qoruduqlarından, klubla peşəkar müqavilələri var. Bu isə onların peşəkar olmasından xəbər verir. I divizionda son oyunlarını aprelin 19-da keçirdiklərindən onların peşəkar statusla vidalaşmaq üçün lazım olan 30 günü hələ keçməyib.

FİFA-nın Futbolçuların Statusu və Keçidi üzrə Əsasnaməsi
II bölmə: Futbolçuların statusu
Maddə 2. Futbolçuların statusu: həvəskar oyunçular və peşəkarlar
2. Klubla yazılı müqaviləsi olan və futbol fəaliyyətinə görə çəkdiyi xərclərdən çox qazanan futbolçular peşəkar sayılır. Yerdə qalan bütün futbolçular həvəskar sayılır.
Maddə 3. Həvəskar statusun bərpası
1. Həvəskar kimi qeydiyyatdan keçən futbolçu yenidən həvəskar kimi qeydiyyata düşmək üçün peşəkar səviyyədə keçirdiyi oyundan ən azı 30 gün keçməlidir.