• cümə, 19 Aprel, 22:55
  • Baku Bakı 24°C

FHN İsmayıllıda baş verən qəza ilə bağlı məlumat yayıb

26.01.20 12:37 800
FHN İsmayıllıda baş verən qəza ilə bağlı məlumat yayıb
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İsmayıllı rayonunda "Mercedes” markalı sərnişin avtobusu və "VAZ” markalı minik avtomobili toqquşması barədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "VAZ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 2 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

banner

Oxşar Xəbərlər