• cümə axşamı, 28 mart, 23:11
  • Baku Bakı 13°C

FHN-in yanğınsöndürmə-xilasetmə dəstəsinin ilk heyəti Gürcüstandan vətənə dönüb

26.08.17 21:22 864
FHN-in yanğınsöndürmə-xilasetmə dəstəsinin ilk heyəti Gürcüstandan vətənə dönüb
Gürcüstanda meşə yanğınlarının söndürülməsinə cəlb edilmiş FHN-in yanğınsöndürmə-xilasetmə dəstəsinin ilk heyəti vətənə dönüb.APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, avqustun 26-da Gürcüstanın Borjomi-Xaraqulsk qorugunda baş vermiş meşə yanğınların söndürülməsində iştirak etmiş Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə-xilasetmə dəstəsində təmsil olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin 24 əməkdaşı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 2 helikopteri ilə axşam saatlarında geri dönüblər.
Xəbər verildiyi kimi, avqustun 21-də Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə-xilasetmə dəstəsi ona həvalə olunmuş ərazilərdəki yanğın ocaqlarını söndürmüş və qarşıya qoyulan tapşırıqları operativ şəkildə layiqincə yerinə yetirib.
Qeyd edək ki, Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə təbii fəlakət zonasına FHN-nin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edilmişdi.​
banner

Oxşar Xəbərlər