• çərşənbə, 24 Aprel, 05:09
  • Baku Bakı 14°C

FHN-in hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

22.12.21 16:45 336
FHN-in hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam verib.
Kaspi.az xəbər verir ki, Sərəncamla qərara alınır:
- Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:
"general-leytenant” ali hərbi rütbəsi
general-mayor İlham Əyyub oğlu Abdullayevə
general-mayor Şahmar Ənvər oğlu Paşayevə
"general-mayor” ali hərbi rütbəsi
polkovnik Adil Ələsgər oğlu Abdullayevə
polkovnik Əşrəf Məmməd oğlu Qasımova
polkovnik Raul Süleyman oğlu Zeynalova.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
***
Dövlət başçısının digər Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 noyabr tarixli 574 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində ali hərbi (xüsusi) rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik edilib.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
banner

Oxşar Xəbərlər