• cümə axşamı, 18 aprel, 17:23
  • Baku Bakı 22°C

Fəzail İbrahimli: "Nəsimi zəngin irsə malik şairdir"

15.01.19 14:51 798
Fəzail İbrahimli: "Nəsimi zəngin irsə malik şairdir"
"Ölkə başçısının sərəncamı ilə 2019-cu ilin "Nəsimi ili" elan edilməsi Azərbaycan millətinin duyğularının ortaya qoyulması, ədəbiyyata, mənəviyyata, tariximizə bir baxışdır”. Bu fikirləriSİA-ya açıqlamasında Milli Məclisin deputatı, tarixçi alim Fəzail İbrahimli deyib.
Ölkəmizdə hər ilin mühüm tarixi hadisələrə, şəxsiyyətlərə həsr edilməsi ənənəsini yüksək qiymətləndirən deputat söyləyib ki, burada məqsəd həmin məsələnin və ya şəxsin il ərzində daha da gündəmdə qalması, o sahəyə daha çox diqqətin ayrılmasıdır.
Dahi şairin zəngin irsə malik olduğunu deyən F. İbrahimli deyib ki, Nəsimi humanist idеyaları təbliğ edib, şeirlərində insan ləyaqətinə, onun qüdrətinə olan yüksək inamından söz açıb. Nəsimi yaradıcılığının bu xüsusiyyətləri növbəti şair nəslinin formalaşmasında mühüm rol oynayıb. O, əsas etibarilə ana dilində yazıb yaratmaqla özündən sonra gələn azərbaycandilli şairlərin yetişməsi üçün zəmin yaratmış, bununla da XIV əsrdən sonra Azərbaycan ədəbi dilinin inkişafına məqsədyönlü istiqamət vermişdir. Nəsiminin əsərləri hələ sağlığında Azərbaycanla yanaşı, Yaxın Şərq, İraq, Kiçik Asiya və Suriyada, eləcə də Orta Asiyada geniş şöhrət qazanıb”.
Deputat qeyd edib ki, bu ilin məhz Nəsimiyə həsr olunması onun yenidən Azərbaycana qaytarılması, zəif tanıyanlara geniş tərəflərini göstərməyə imkan verəcək: "Nəsimi ilə bağlı müxtəlif düşüncəyə sahib olan insanlar bu il həyata keçiriləcək tədbirlər, atılacaq addımlar nəticəsində onun böyüklüyünü bir daha dərk edəcək. Ölkə başçısı bu addımı ilə bir vətəndaş olaraq Azərbaycan ədəbiyyatına, tarixinə dəyər verdiyini göstərir”.
banner

Oxşar Xəbərlər