• cümə, 19 Aprel, 08:38
  • Baku Bakı 13°C

Fəzail İbrahimli deputat həmkarlarına çağırış etdi: Məsuliyyətli olaq!

31.05.20 17:51 551
Fəzail İbrahimli deputat həmkarlarına çağırış etdi: Məsuliyyətli olaq!
Şimaldan, Cənubdan, Şərqdən və Qərbdən uzanan iti caynaqlar bizi kifayət qədər məsuliyyətli olmağa çağırır.
Trend xəbər verir ki, bunu Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycanı gözü götürməyən kifayət qədər qüvvələr var: "Belə bir məqamda bizim bir-birimizə söykənib, əl-ələ verib ən çətin vəziyyətdən çıxamaq yolu birliyimizdədir. Burada yeni seçilən deputatlar var. Təbii ki, düşüncələrində və fikirlərində səhvlərə yol verə bilərlər. Amma burada kifayət qədər təcrübəli deputatlar da var. Ona görə də müəyyən məsələlərin müzakirəsində çox diqqətli olmalıyıq. Burada deyilən hər bir söz dünya ictimaiyyətinə çatır və qarşı tərəfə bir mesajdır. Odur ki, millətimiz, dövlətimiz, sərhədimiz və hərbimiz haqqında danışanda yüz ölçüb - bir biçmək lazımdır”.
banner

Oxşar Xəbərlər