• cümə axşamı, 25 aprel, 05:18
  • Baku Bakı 19°C

Fevral ayına olan hava proqnozu açıqlanıb

31.01.17 13:10 1074
Fevral ayına olan hava proqnozu açıqlanıb
Fevral ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya DepartamentindənAPA-ya verilən məlumata görə, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimalı var.
Bakı və Abşeron yarımadasında orta aylıq temperaturun 4-6 dərəcə isti (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 21-24 mm) olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti (gecələr 5-10, bəzi günlərdə 13-18, dağlıq ərazilərdə 20-25, gündüzlər 3-8 dərəcə şaxta, bəzi günlərdə 0-5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 11-29 mm) olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi,Şuşa,Xocalı,Xocavənd,Qubadlı,Zəngilan,Laçın,Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti (gecələr 0-5, bəzi günlərdə 13-18 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 25-35 mm) olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tər-Tər,Ağdam,Füzuli,Cəbrayılrayonlarında orta aylıq temperaturun 2-5 dərəcə isti (gecələr 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 8-13 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 15-36 mm) olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti (gecələr 0-5, bəzi günlərdə 8-13, dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 24-55 mm) olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 4-6 dərəcə isti (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 4-9 dərəcə şaxta, gündüzlər 9-14 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti ) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 21-35 mm) olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 2-5 dərəcə isti (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 2-7, dağlarda 13-18 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 44-105 mm) olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər