• cümə axşamı, 28 mart, 21:36
  • Baku Bakı 13°C

Festivalın açılışında üç görkəmli bəstəkarın əsəri səsləndiriləcək

03.08.19 12:15 9690
Festivalın açılışında üç görkəmli bəstəkarın əsəri səsləndiriləcək
Hər il olduğu kimi, bu il də Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının açılış mərasimi M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında reallaşacaq.
Mədəniyyət NazirliyindənAZƏRTAC-a bildirilib ki, tədbirdə Xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi ilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Rusiyanın məşhur violin ifaçısı P.İ.Çaykovski adına XVI Beynəlxalq Müsabiqənin birincisi Sergey Doqadin çıxış edəcək.
Proqramda Üzeyir Hacıbəylinin "Koroğlu” operasından Uvertüra, Yan Sibeliusun Skripka və orkestr üçün Konserti və görkəmli bəstəkar, Xalq artisti, akademik Arif Məlikovun əziz xatirəsinə onun 6 saylı Simfoniyası səsləndiriləcək.
Qeyd edək ki, sentyabrın 18-dən başlayacaq festival 30-dək davam edəcək
banner

Oxşar Xəbərlər