Ferqyuson Bekhemin saçını niyə qırxdırıb?
"Mançester
Yunayted”in sabiq futbolçusu Devid Bekhem ser Aleks Ferqyusonun onun saçını
qırxdırması barədə danışıb.
Kaspi.az xəbər
verir ki, hadisə 2000-ci ildə "Çelsi” ilə keçirilən Superkubok qarşılaşmasından
əvvəl baş verib. Bekhem saçına xüsusi bəzək vurdurub. O, hadisəni belə nəql
edir:
"Ferqyusonun saç
düzümüm görəcəyindən bərk qorxurdum. Oyuna bir gün qalmış şapkada məşq etdim. Səhər
yeməyi, nahar zamanı da şapkada oldum. Hətta stadiona da şapkada getdim.
Artıq oyun üçün
formalarımızı geyinərkən şapkanı çıxartdım və Ferqyuson saç düzümüm gördü. O mənə
dedi ki, get saçını qırxdır. Mən güldüm. Ferqyuson isə sərt şəkildə bildirdi
ki, zarafat etmir. Bundan sonra məcbur qalıb elə "Uembli”də saçımı qırxdırmalı oldum”.