• cümə, 29 Mart, 06:17
  • Baku Bakı 5°C

Fermerlərə verilən güzəştli kreditin məbləği açıqlanıb

13.01.22 10:15 573
Fermerlərə verilən güzəştli kreditin məbləği açıqlanıb
2021-ci ilin yanvar-noyabr ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən aqrar sektorda fəaliyyət göstərən 4175 fiziki və hüquqi şəxsə 65,6 milyon manat məbləğində güzəştli kredit verilib.
Trend-in məlumatına görə, bundan 39,5 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 2,3 milyon manatı orta-iri həcmli kənd təsərrüfatı təyinatlı kreditlər, 23,5 milyon manatı mikrokreditlərdir.
Bununla yanaşı, 2021-ci ilin yanvar-noyabr aylarında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit İnkişaf Agentliyi tərəfindən 7607 kənd təsərrüfatı texnikasının satışı müəyyənləşdirilib.
2021-ci ilin yanvar-noyabr aylarında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən, həmçinin 194 fermerə 6279 baş damazlıq heyvan alışına 0,26 milyon manat məbləğində kredit və 14,1 milyon manat məbləğində güzəşt vəsaiti ayrılıb.
banner

Oxşar Xəbərlər