• cümə, 19 Aprel, 00:48
  • Baku Bakı 18°C

Fərman vətəndaşların hüquqlarının etibarlı müdafiəsinə xidmət edir

23.05.19 16:47 863
Fərman vətəndaşların hüquqlarının etibarlı müdafiəsinə xidmət edir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 3-də imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın əsas istiqamətlərindən biri hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların maddi təminatının yaxşılaşdırılmasıdır.
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin aparat rəhbəri Fərhad Nəcəfov Fərmanın əhəmiyyəti ilə bağlıAZƏRTAC-a açıqlamasında bildirib ki, hakimlərin maddi təminatının gücləndirilməsi kimi ilk baxışdan sadə görünə bilən bu formulanın əsl qayəsini əslində hakimlərin müstəqilliyinin təmin olunması təşkil edir. Məhkəmə hakimiyyəti ilə bağlı qəbul olunmuş bütün universal sənədlərdə hakimlərin müstəqilliyinin təmin edilməsi ilə əlaqədar həm onların prosessual, həm də maddi müstəqillyinin eyni vaxtda tənzimlənməsi zəruri şərtdir. Bu mənada, dövlətimizin başçısının məlum Fərmanında mütərəqqi beynəlxalq standartlar gözlənilməklə məsələyə kompleks şəkildə yanaşılıb. Belə ki, orada hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi, həmçinin yuxarıda qeyd olunduğu kimi onların maddi təminatının gücləndirilməsi məsələlərinə sinxron şəkildə yanaşılması açıq xətlə sezilməkdədir.
"Ümumiyyətlə, hakimlərin təminatının gücləndirilməsi məsələsinə hərtərəfli yanaşan sənəd qismində Avropa Şurasının "Avropa hakimlərinin status haqqında” 1998-ci il Xartiyası xüsusi vurğulanmalıdır. Xartiyada qeyd edilib: "Peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar hakimlərin məvacibi elə olmalıdır ki, bu, onların müstəqilliyini və qərəzsizliyini təmin etməklə həm onların fəaliyyətini, həm də özlərini kənar müdaxilələrdən sipər kimi qoruya bilsin”. Dövlətimizin başçısının imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman müasir dövrün reallıqları, habelə beynəlxalq standartlar gözlənilməklə qəbul olunmuş mütərəqqi sənəddir və son nəticədə vətəndaşlarımızın hüquqlarının etibarlı müdafiəsinə xidmət etməkdədir”, - deyə Fərhad Nəcəfov qeyd edib.
banner

Oxşar Xəbərlər