• cümə, 19 Aprel, 22:37
  • Baku Bakı 24°C

Fərid Şəfiyev: "Üçtərəfli görüşdə yeni geosiyasi vəziyyət müzakirə ediləcək"

23.09.21 12:45 229
Fərid Şəfiyev: "Üçtərəfli görüşdə yeni geosiyasi vəziyyət müzakirə ediləcək"
Araşdırma mərkəzləri regionda yaranan problemli məsələlərin müzakirəsi üçün məqsədəuyğun platformadır.
Kaspi.az xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, "Azərbaycan-Türkiyə-İran üçtərəfli münasibətləri” adlı konfransda İranın Xarici İşlər Nazirinin müavini, Beynəlxalq və Siyasi Araşdırmalar Mərkəzinin direktoru Məhəmməd Kazım Səccadpurun və Türkiyədən İran Araşdırmaları Mərkəzinin direktoru Haqqı Uyğurun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edəcəklər. Azərbaycana Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə reallaşan bu görüşün əsas məqsədi İkinci Qarabağ müharibəsindən sonra yaranmış geosiyasi vəziyyəti, regionda yeni potensial nəqliyyat və digər layihələri müzakirə etməkdir.
Vətən müharibəsindən sonrakı vəziyyət barədə danışan Mərkəzin sədri deyib: " Hələ də Azərbaycan və Ermənistan arasında problemlər mövcuddur. Hazırda gündəlikdə sülh sazişi var, Ermənistan isə buna qeyri-konstruktiv yanaşır. Ola bilsin ki, regionda altı ölkənin bir araya gəlməsi uzaq gələcəkdə mümkün olacaq. Bugünkü görüşdə isə Türkiyə, İran və Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə ediləcək”.
banner

Oxşar Xəbərlər