• cümə, 19 Aprel, 18:08
  • Baku Bakı 24°C

“Fənərbaxça” fransıza tapşırılır?

08.04.20 11:52 596
“Fənərbaxça” fransıza tapşırılır?
"Fənərbaxça” baş məşqçi axtarışlarını davam etdirir.
Kaspi.az xəbər verir ki, əsas namizədlərdən biri də Loran Blan hesab olunur. Bu barədə Fransa mətbuatı yazıb.
"Fənərbaxça” rəhbərliyinin onunla danışıqlara başaldığı bildirilir. Tərəflər şərtləri müzakirə edirlər. Məlumata görə, Blan Türkiyədə işləməkdə maraqlıdır.
54 yaşlı mütəxəssis 2016-cı ildən bəri işsizdir. O, "Bordo” və PSJ kimi klubları çalışdırıb. "Fənərbaxça” 26 turdan sonra 40 xal toplayaraq 7-ci pillədə qərarlaşıb. Klub, bir müddət əvvəl qeyri-qənaətbəxş nəticələrə görə Ərsun Yanalı istefaya göndərib.
banner

Oxşar Xəbərlər