Federasiya prezidentinə qarşı 3 cinayət işi açıldı
Ukrayna Futbol
Federasiyasının prezidenti Andrey Pavelko korrupsiyada ittiham olunur.
Kaspi.az xəbər
verir ki, Pavelkoya qarşı 3 cinayət işi açılıb. Onun vəkili Olqa Stupinskoqonun
verdiyi məlumata görə, Ukrayna Milli Antikorrupsiya Bürosu prezidentə qarşı
"Hakimiyyətdən və qulluq mövqeyindən sui-istifadə”, "Bəyannamədə qeyri-səhih məlumat
verilməsi” və "Qanunsuz varlanma” maddələri ilə ittiham irəli sürüb.
Ukrayna
prokurorluğu isə onu "Hakimiyyətdən və ya qulluq mövqeyindən sui-istifadənin ağır
nəticələrə səbəb olması, xüsusi ilə külli miqdarda vəsaitin vəzifədən
sui-istifadə yolu ilə mənimsənilməsi” maddəsi ilə ittiham edir.
Ukrayna polisi
isə Pavelkoya qarşı "Vəzifədən sui-istifadə etməklə əmlakın mənimsənilməsi və
israf edilməsi” maddəsi ilə cinayət işi açıb.