• cümə axşamı, 25 aprel, 00:53
  • Baku Bakı 19°C

Faytonçu Nazim “Darıxmışam, Bakıdan danış” adlı solo konsert verəcək

14.11.18 16:05 992
Faytonçu Nazim “Darıxmışam, Bakıdan danış” adlı solo konsert verəcək
Faytonçu Nazim noyabrın 29-da Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək. Bununla bağlı Beynəlxalq Mətbuat Mərkəzində media nümayəndələrini ətrafına cəm edən ifaçı məlumat verdi. "Darıxmışam, Bakıdan danış” adlı konsertdə müxtəlif səpkili və rəngarəng proqramla qarşılaşacağımızı bildirdi. Konsertin rejissoru Aqil M. Quliyev, aparıcısı Kamran Həsənli də mətbuat nümayəndələrin suallarını cavablandırdı.

İfaçı konsert proqramı ilə çıxış etməyi onun çoxdankı arzusu olduğunu bildirdi. 50 yaşında bu qərara gəlməsi isə heç də təsadüfə olmayıb. Konsertin adının isə "Darıxmışam, Bakıdan danış” adlanmasının da bir mənası var: "Türkiyədə müalicədə olarkən Bakı üçün darıxırdım. Təəssüf ki, orada Azərbaycan televiziyaları göstərmirdi, yalnız internet vasitəsi ilə xalq mahnılarımızı dinləmə imkanım olurdu. Vətənə dönər dönməz isə belə bir konsert proqramı ilə çıxış etmək qərarına gəldim”.
Konsertlə bağlı danışan müğənni konsertdə tamaşaçıları bir çox sürprizlərin gözlədiyini qeyd etdi: "Düşünürəm ki, konsert tamaşaçılara böyük zövq verəcək. Bu mənim müğənni kimi ilk solo konsertimdir. Buna görə də çox fərqli bir repertuar hazırlamışıq. Konsertə qatılan qonaqlar sözün əsl mənasında istirahət edəcək”.
Konsertdə gecənin qonağı isə israilli müğənni Liyora da iştirak edəcək.
Faytonçu Nazimin konsertinin biletlərin qiyməti 10-80 manat arasında dəyişəcəyini bildirdi.



banner

Oxşar Xəbərlər