• cümə axşamı, 28 mart, 18:24
  • Baku Bakı 13°C

Fatih Birol: Enerji sektorundakı emissiyaların 15 faizi neft və qazdan formalaşır

20.01.20 16:15 1631
Fatih Birol: Enerji sektorundakı emissiyaların 15 faizi neft və qazdan formalaşır
Enerji sektorundakı istixana qazı emissiyalarının 15 faizi neft və təbii qaz hesabına formalaşır.
AZƏRTACxəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol bu barədə IEA və Dünya İqtisadi Forumunun (WEF) birgə hazırladığı "Enerji transformasiyasında neft və qaz sənayesi” adlı hesabatı şərh edərkən deyib.
O qeyd edib ki, bütün şirkətlər enerji transformasiyasından təsirlənəcək və bu sənayedəki maraqlı tərəflər həmin transformasiyaya necə ayaqlaşacaqlarını düşünməlidir. Bu sektorda əsas hədəf istixana qazı emissiyasının azaldılmasıdır: "Hazırda enerji sektorunda istixana qazı emissiyasının 15 faizi neft və qazın istehsalından müştəriyə çatdırılana qədərki prosesdə baş verir. Bu tullantıların əksəriyyəti tez və asanlıqla azaldıla bilər. Bundan əlavə, neft və qaz şirkətləri öz təcrübələri və maliyyə imkanları ilə daha çox bərpaolunan enerji mənbələrinin tətbiqini təmin etməlidir. Karbontutma, batareya və hidrogen texnologiyaları da inkişaf etdirilməlidir. Bu texnologiyalar neft-qaz sənayesinin töhfəsi olmadan istənilən miqyasda arta bilməz”.

banner

Oxşar Xəbərlər