• cümə, 29 Mart, 02:53
  • Baku Bakı 7°C

Faşizm ideologiyası Ermənistanda nəsildən-nəslə ötürülən təbliğatdır

12.05.20 15:51 603
Faşizm ideologiyası Ermənistanda nəsildən-nəslə ötürülən təbliğatdır
Ermənistanın baş nazirinin babası Nikol Paşinyanın SS-ə xidmət etməsi haqqında faktların aşkarlanması bir daha sübut edir ki, hələ o vaxtlardan ermənilərin əksəriyyəti faşizm rejiminin silahdaşı və tərəfdarı olmuşlar. Bu, eyni zamanda, onu göstərir ki, bu ideologiya Ermənistanda nəsildən-nəslə ötürülən bir təbliğatdır və biz bu təbliğin motivlərini indi də açıq şəkildə görürük. Belə ki, dünya birliyinin faşizm üzərində Qələbəni böyük sevinclə və fəxrlə qeyd etdiyi bir gündə Ermənistanda faşist cəlladının abidəsi önünə əklil qoyulması və baş nazir Nikol Paşinyanın babası Nikolay Vartanoviç Paşinyanın faşistlərə xidmət göstərdiyi haqqında təkzibedilməz faktların üzə çıxması bu ölkədə siyasi rejimin faşizm ideologiyasına xidmət etdiyini əyani şəkildə sübut edir.
Bu fikirləriAZƏRTAC-a politoloq Şəbnəm Həsənova bildirib.
Politoloq deyib: "Ermənistanı və Azərbaycanı, sadəcə, bir-iki faktla müqayisə etsək, onu demək kifayətdir ki, Azərbaycanın böyük zəfərdə əvəzsiz payı var. Azərbaycanın 123 nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Bu rəqəm bütün Azərbaycan xalqının igidliyidir. Təqdirəlayiq məqam isə ondan ibarətdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin qatil və cani Qaregin Njdenin Ermənistanda qəhrəmanlaşdırılması və bu ölkənin hazırkı rejiminin faşist ideologiyasını təbliğ etməsi məsələsini MDB Dövlət Başçıları Şurasının iclasında qaldırmasından sonra Rusiyanın Krasnodar diyarının Armavir şəhərində faşistlərin əlaltısı Njdeyə quraşdırılan xatirə lövhəsi söküldü. Njdenin qəhrəmanlaşdırılması Rusiyanın siyasi dairələri tərəfindən də pislənilib. Ümumiyyətlə faşistlərin, millətçilərin və qatillərin qəhrəmanlaşdırılması ümumbəşəri sülh çağırışlarına tamamilə ziddir.
Nəzərə alsaq ki, faşistlərin ən qatı cinayətlərini törədənlər də məhz SS-çilər olub, o zaman bu fakt onu da sübut edir ki, belə ideologiyaya xidmət edən bir xalq faşizm cinayətlərini azərbaycanlılara qarşı yenidən təkrar edib və işğal olunmuş ərazilərimizdə mülki əhaliyə qarşı amansız divan tutub”.
banner

Oxşar Xəbərlər