• şənbə, 20 Aprel, 19:59
  • Baku Bakı 24°C

“FAO ilə birlikdə 4 layihənin icrasına başlanılması gözlənilir”

22.01.19 14:15 487
“FAO ilə birlikdə 4 layihənin icrasına başlanılması gözlənilir”
"BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanın beynəlxalq sahədə ən mühüm tərəfdaşlarından biridir. Bu qurumla əməkdaşlıq modelimiz FAO-nun digər üzvləri üçün də müsbət nümunə ola bilər”.
"Report” xəbər verir ki, bunu kənd təsərrüfatı naziriİnam KərimovFAO ilə Azərbaycan arasında Tərəfdaşlıq Proqramının (FATP) açılış mərasimində bildirib.
Nazir həmçinin deyib ki, hazırda rəhbərlik etdiyi qurum FAO ilə birgə 6 layihənin icrasını davam etdirir, daha 4 layihənin isə icrasına başlanılması gözlənilir.
Bundan başqa, İ.Kərimovun sözlərinə görə, ötən il Azərbaycanda istehsal edilmiş kənd təsərrüfatı məhsullarının həcmi4,6%artıb, ət və süd məhsulları ilə özünü təmin etmə səviyyəsi90%-ə çatıb, bütün növ meyvə-tərəvəzlər üzrə təminat göstəricisi100%-dən çox olub.
banner

Oxşar Xəbərlər