• cümə, 29 Mart, 16:24
  • Baku Bakı 14°C

Fantastik ədəbiyyatın birləşdirdikləri

06.06.15 11:51 1601
Fantastik ədəbiyyatın birləşdirdikləri
Apardığı genişmiqyaslı sosial araşdırma və sorğularla tanınan “onedio” internet portalı bu dəfə ədəbiyyatsevərlər, xüsusilə də fantastik ədəbiyyat vurğunu olanların diqqətini çəkəcək bir sorğunun nəticələrini paylaşıb. Uzun müddət ədəbiyyat fanatikləri üçün on suallıq bir sorğunun nəticələrini analiz edən peşəkar heyət fantastik ədəbiyyat sevən insanları birləşdirən bir neçə ortaq cəhət aşkarlayıb. Belə ki, sevdiyi ədəbi əsər tipində fantastik ədəbiyyatı sevənlərin böyük əksəriyyəti sonrakı suallara demək olar ki, eyni cavabları veriblər. Cavabları analiz edən yazıçı-psixoloqlardan ibarət qrup fantastik ədəbiyyat sevənləri birləşdirən 15 ortaq cəhəti müəyyənləşdirib. Əgər siz də fantastik ədəbiyyat vurğunusunuzsa, aşağıdakı cəhətləri özünüzdə görə bilərsiniz:
1. Digər insanlarla müqayisədə həddindən artıq rəngli və olduqca geniş xəyal dünyaları var, təxəyyül qabiliyyətləri yüksəkdir.
2. Özlərini magik, fantastik, rəngli və sehirli bir dünyada yaşamaqla, xəyallar qurmaqla rahatlatdıqları üçün gündəlik həyatda daha gümrah və xoşbəxt görünürlər.
3. Yeganə problem fantastik dünyadakı imkanların real həyatda təmin edilməməsi zamanı yarana bilər.
4. Xəyallarının və daxili dünyasının dilindən anlamayan insanlarla dil tapa, yola gedə bilmirlər.
5. Ortaq ünsiyyət dili tapa bildikləri insanlarla çox möhkəm və sağlam münasibətlər qururlar.
6. Hamısının beynində təxəyyüllərində yaradıb bəzədikləri işıqlı, rəngli, ikinci bir həyat var.
7. Çox az hallarda nədənsə, kimdənsə qaçmaq, uzaqlaşmaq istəyərlər, amma belə hal baş verərsə də, gedəcəkləri bir yer mütləq vardır beyinlərində.
8. Əsla reallıqdan qopmurlar, gündəlik həyatdan uzaq bir yaşamları yoxdur, ancaq gerçək həyatı xəyal dünyalarındakı həyatla uzlaşdırmağı, ona təxəyyüllərindən nələrsə qatmağı bacarırlar.
9. Hər zaman qeyri-adi şeylərə maraq salırlar, olduqca fərqli hobbiləri var, böyük həvəs və çılğınlıqla arzuladıqları ağlasığmaz əyləncələr olur.
10. Yeni yerlər görməyi hamı sevir, amma bu işdə fantastika həvəskarları liderliyi əldə saxlayır, onlar hər yeni yeri, sadəcə, görmür, oranı tamamilə kəşf edir.
11. Əsasən, olduqca praktik insanlardırlar, kəsə və birbaşa yollar tapmaqda, problemləri sürətlə həll etməkdə ustadırlar.
12. Mütləq və mütləq hər zaman canlı saxladıqları ədəbi qəhrəmanları var və özlərini ömür boyu onunla yarışda hiss edir, onun kimi, ondan daha yaxşı davranmağa çalışırlar.
13. Zaman-zaman özlərini xilaskar, ağ atlı şahzadə kimi hiss edirlər, olduqca səxavətli və xeyriyyəçi davranışlar sərgiləyirlər.
14. Adətən bu insanlar dağınıq həyat tərzi keçirirlər, lakin bu qarışıqlığın içində belə, özlərinə məxsus bir sabitlik var.
15. Hər şeydən çox tez sıxılırlar, diqqətlərini mərkəzləşdirmək onlar üçün olduqca çətindir.
banner

Oxşar Xəbərlər