• cümə axşamı, 25 aprel, 16:42
  • Baku Bakı 23°C

Fanatlar derbini yarımçıq dayandırdılar

19.03.19 10:33 585
Fanatlar derbini yarımçıq dayandırdılar
Yunanıstan çempionatında "Panatinaikos”la "Olimpiakos” arasında keçirilən qarşılaşma yarımçıq dayandırılıb.
Kaspi.az xəbər verir ki, fanatlar ixtişaş törətdikləri üçün derbini sona çatdırmaq mümkün olmayıb. Artıq qarşılaşmanın 5-ci dəqiqəsində "Panatinaikos” fanatları rəqibin ehtiyat oyunçularına hücum ediblər.
Buna görə qarşılaşma 8 dəqiqə dayandırılıb. İkinci hissənin əvvəlində "Olimpiakos” hesabı açıb. Bundan sonra "yaşıllar”ın fanatları polislərə hücum ediblər.
Vəziyyəti sabitləşdirməyin mümkün olmadığını görən alman hakim Marko Frits 70-ci dəqiqədə oyunu dayandırmağa məcbur olub.
Polis 8 nəfəri həbs edib. Böyük ehtimalla, oyun davam etdirilməyəcək və "Panatinaikos”a texniki məğlubiyyət veriləcək.
banner

Oxşar Xəbərlər