• şənbə, 20 Aprel, 01:53
  • Baku Bakı 15°C

Eyfel qülləsindən mərc edək ki, o, Parisdə qalacaq?

24.05.19 12:22 546
Eyfel qülləsindən mərc edək ki, o, Parisdə qalacaq?
PSJ-nin braziliyalı futbolçusu Dani Alves həmyerlisi Neymar barədə danışıb.
Kaspi.az xəbər verir ki, Alves Neymarın Paris klubunda qalacağına əminliyini ifadə edib. O, müsahibə verdiyi jurnalistə bununla bağlı mərc edə biləcəyini də deyib:
"Mənim evimdə şam yeməyindən mərcə girə bilərəm ki, Neymar PSJ-də qalacaq. Bu azdır? Onda gəl Eyfel qülləsindən mərc edək.
Mən hesab edirəm ki, Neymar karyerasını PSJ-də davam etdirəcək. O, hələ burdakı işini yekunlaşdırmayıb.
Həyatda qarşına məqsəd qoymalısan, onları yerinə yetirməlisən. Məhz bundan sonra nə istəsən edə bilərsən”.
Neymarın "Real”a keçəcəyi ilə bağlı söz-söhbət yayılıb.
banner

Oxşar Xəbərlər