AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Çexiyanın keçmiş prezidenti Vatslav Klaus koronavirusa yoluxub

Çexiyanın keçmiş prezidenti Vatslav Klaus koronavirusa yoluxub

Təfsilat
24 Fevral 2021, 11:00 163
Çexiya Respublikasının keçmiş prezidenti Vatslav Klaus koronavirusa yoluxub. 
 
APA xəbər verir ki, bu barədə V.Klausun köməkçisi Peter Matsinka məlumat verib.
 
O bildirib ki, Praqa Mərkəzi Hərbi Xəstəxanasında yarım saat müayinədən sonra məlum olub ki, Klaus koronavirus infeksiyasına yoluxub: "Vatslav Klaus ambulator müalicə alacaq”.

Qeyd edək ki, bu il iyunun 19-da 80 yaşı tamam olacaq V.Klaus 2003-2013-cü illərdə Çexiyaya rəhbərlik edib.